Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nar Mobile” jurnalistlər üçün təqdimat və karting yarışı təşkil edib
“Nar Mobile” mobil operatoru “Bakı karting və tədbir mərkəzi”ndə yerləşən “Rich Club & Lounge”-də jurnalistləri bir araya gətirib. Şirkət media nümayəndələrinə “Nar Mobile” brendinin fəaliyyəti və perspektivləri haqqında təqdimat keçirib. Təqdimat bitdikdən sonra isə jurnalistlər arasında metkartinq yarışı təşkil edilib, qalib gəlmiş yarış iştirakçılarına xüsusi hədiyyələr təqdim olunub.
Tədbirdə iştirak edən “Azerfon” telekommunikasiya şirkətinin Biznesin İnkişafı və Kommunikasiya şöbəsinin nümayəndələri şirkət ilə jurnalistlər arasında isti münasibətləri şərh edərkən bildiriblər ki, “Nar Mobile” yarandığı gündən ölkəmizdə olan əksər KİV və media qurumları ilə əməkdaşlığa başlayıb. Şirkət nümayəndələri bu əməkdaşlığın daha da möhkəmlənməsində səylərini davam etdirəcək.
Qeyd edək ki, “Nar Mobile” brendi mütəmadi olaraq jurnalist və media nümayəndələri ilə görüşlər keçirir. Şirkət hər il müxtəlif seminar və treninqlər, ekskursiyalar və turlar təşkil edir.
20/06/12 Çap et