Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda mobil telefonla danışığa hansı operatorun abunəçiləri daha çox vaxt sərf edib?
2011-ci ildə 2010-cu illə müqayisədə “Azərfon” şirkətinin gəlirlərində 19 faiz artım müşahidə edilib.
Bu barədə şirkətin media nümayəndəsi Fərid Məmmədov “NarMobile”nin Korporativ Kommunikasiya Departamentinin illik hesabatını açıqlayarkən deyib.
O bildirib ki, 2011-ci ilin sonuna olan məlumata görə, şirkət təkcə öz şəbəkəsini modernləşdirmək və keyfiyyətini artırmaq üçün 72,1 milyon manat (80 mln. dollar) investisiya yatırıb.
F.Məmmədovun sözlərinə, bu sahə il ərzində şirkətin ən çox sərmayə yatırdığı sahə olub. “Azərfon” şirkətinin subaktivləri 2010-cu illə müqayisədə 11 faiz artıb. Şirkət nümayəndəsi qeyd edib ki, keçən il orta hesabla 1 ayda 1 “Nar Mobile” abunəçisi mobil telefonla danışığa təqribən 5 saat vaxt sərf edib.
“Bu isə Azərbaycan üzrə ən yüksək göstərici hesab oluna bilər”.
20/06/12 Çap et