Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Samsung Galaxy S III” smartfonu təqdim edildi


“Samsung Electronics” şirkəti yeni “Samsung Galaxy S III” smartfonunun təqdimatını keçirib.
“Samsung Electronics” şirkəti yeni smartfonlar konsepsiyasını təcəssüm etdirən intellektual və intuitiv rahat “Samsung Galaxy S III” telefonlarını təqdim edib.

“Samsung” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Ceyhi Çan “Samsung”un mobil telefonlar sahəsində təsiredici rola malik olduğunu deyib:

“2012-ci ilin ilk kvartalının nəticələrinə görə, şirkətimiz istər bütövlükdə mobil telefon, istərsə də ayrılıqda smartfon bazarında 1 nömrəli mövqeyə sahib olub.

Hazırda şirkət 23,5 faiz bazar payı ilə təmənnasız liderdir. “Samsung Galaxy S” smartfonlarının növbəti nümayəndəsi “Galaxy S III” modelinin bir ay bundan öncə dünya təqdimatı olub və satışa buraxılıb. Əminəm ki, Azərbaycan bazarında da “Galaxy S III” uğurlu olacaq”.

Sonra “Samsung Galaxy S III” mobil telefonunun əsas özəllikləri barədə məlumat verildi.





21/06/12    Çap et