Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“eBay” tamamilə günəş enerjisi ilə işləyən məlumat mərkəzi istifadəyə verəcək


“New York Times” nəşri yazıb ki, “eBay” internet-şirkəti yeni məlumat mərkəzi açmağa hazırlaşır. Bu məlumat mərkəzinin  elektrik enerjisi alternativ mənbələr hesabına təmin olunacaq. Məlumat mərkəzində “ebay.com”, həmçinin “PayPal” ödəmə sistemində əməliyyat məlumatlarının emalı ilə məşğul olacaq son dərəcə əhəmiyyətli serverlər işləyəcək.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, günəş enerjisi ilə işləyəcək yeni məlumat mərkəzi bir növ ekoloqların internet-şirkətlərin ekoloji cəhətdən ən çirkli olması ilə bağlı səsləndirdikləri tənqidə cavabdır. Bəzi şirkətlər (xüsusilə ABŞ-da) artıq alternativ enerji sistemlərinə keçirlər.

Yeni məlumat mərkəzi Yuta şəhərində yerləşəcək və onun üçün günəş panelləri artıq “Bloom Energy” şirkəti tərəfindən istehsal edilir.

“eBay”-ın direktoru Con Donahyunun sözlərinə görə, yeni məlumat mərkəzinin gücü təxminən 6 meqavatt təşkil edəcək.
 
EMİL





21/06/12    Çap et