Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DSMF yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə keçirir
Dövlət Sosial Müdafiə Fondu yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, müsabiqə DSMF-nin 20 illik yubileyinin keçirilməsi ilə bağlı “Tədbirlər planı”na uyğun olaraq keçirilir.
Loqonun hazırlanması ilə əlaqədar müsabiqənin təşkil olunması məqsədilə adıçəkilən fondun sədri Səlim Müslümovun əmri ilə DSMF-də xüsusi komissiya yaradılıb.
Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondu haqqında “Əsasnamə”yə uyğun olaraq fondun fəaliyyət istiqamətlərini özündə əks etdirən loqo işləyib hazırlamalı və 15 sentyabr 2012-ci il tarixə kimi komissiyaya təqdim etməlidirlər.Müsabiqədə I yeri tutan qalib 1000 (bir min) manat məbləğində pulla mükafatlandırılacaq.
SEYMUR
21/06/12 Çap et