Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

1 qiqapiksel təsvir ölçüsündə fotolar çəkə bilən yeni kamera


Amerikalı mühəndislər qrupu tumba ölçüsündə 1 qiqapikselli  kamera yaratdıqları haqqında elan ediblər. Kamera ən qabaqcıl müasir rəqəmli fotokameralar tərəfindən çəkilmiş fotolar ilə müqayisədə 1000 dəfə daha çox ətraflı təsvir edilmiş fotolar çəkə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bu kameranın hazırlanmasında istifadə edilən texnologiyaları xarici müşahidə kameraları, hərbi kəşfiyyat sistemləri və hətta onlayn-video verilişlərdə istifadə etmək olar.

Hazırda bazarda mövcud kameralar təxminən 5-40 meqapiksel təsvir ölçüsündə rəqəmli fotolar çəkmək imkanına malikdir. 1 qiqapikselli kamera isə 1000 meqapiksel təsvir ölçüsünə malik fotolar çəkə bilir.

Kameranın yaradılması üzrə layihənin direktoru Devid Bredi bildirib ki, müasir 1 qiqapiksel təsvir ölçüsünə malik fotoların əksəriyyəti – bu, 20-30 meqapiksel təsvir ölçüsündə yüzlərlə adi fotonun yapışdırılmasıdır. Lakin yeni kamera bütöv 1 qiqapiksel təsvir ölçüsünə malik foto çəkə bilir. Həmçinin fotonu yaxınlaşdıraraq ilk baxışda görsənməyən detallara baxmaq və hər hansı keyfiyyət itkisi olmadan miqyasını böyütmək mümkündür.

"Kamera 1 qiqapiksel təsvir ölçüsünə malik fotonu 0,1 saniyə ərzində çəkə bilər" - Bredi bildirib.
Onun sözlərinə görə, “AWARE-2” adlı yeni kameranın ölçüləri  75x50x50 santimetr təşkil edir. Kameranın çəkisi tam dəstlə birlikdə 10 kiloqrama bərabərdir.

Təqdim edilmiş kamera versiyasının qiyməti yoxdur, çünki təcrübi komponentlərdən hazırlanıb, lakin oxşar qurğunu sifariş üçün yığmaq lazım gələrsə, o zaman kameranın qiyməti təxminən 150-250 min dollar təşkil edə bilər.
 
EMİL





21/06/12    Çap et