Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ağdamın Əhmədağalı kəndində yeni elektron ATS tikiləcək


Ağdamın Əhmədağalı kəndində yeni elektron ATS tikiləcək. Bu barədə məlumatı "ICTnews" elektron xəbər xidmətinə  Ağdam TKQ-nın rəisi Hümbət Mustafayev verib. Onun sözlərinə görə, Əhmədağalı kəndində yeni EATS qurulacaq və bu ATS-dən də Çıraqlı kəndi telefonlaşdırılacaq.

"Hələlik biz ərazidə məskunlaşan bütün sakinlərə CDMA telefon xidmətindən istifadə etməyi təklif etmişik"- deyə rəis bildirib. Çıraqlı Ağdamın bəlkə də yeganə kəndidir ki, üç tərəfdən ermənilərin əhatəsində qalıb. Bu kəndin qarşı tərəfindəki  Şıxlar, Gülçülük sovxozu və Qərvənd kəndləri erməni işğalındadır.
 








RƏVAN





21/06/12    Çap et