Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTİ “ICANN” təşkilatının rolunu həyata keçirməkdən imtina edib
Beynəlxalq Telekommunikasiya İttifaqının direktoru Hamadun Ture bildirib ki, mətbuatda ittifaqın internetdə domen məkanını idarə etməklə bağlı səlahiyyətlərə yiyələnmək istəməsi ilə bağlı yayılmış xəbərlər həqiqətə uyğun deyil və beynəlxalq idarə hələ ki "yeni ICANN" roluna iddia etməyə hazırlaşmır.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 2012-ci ilin dekabrında Dubayda keçirəcəyi konfransda 1988-ci ildən bəri baxılmayan Beynəlxalq Telekommunikasiya Əsasnaməsi müzakirə ediləcək.
Hamadun Ture bir gün əvvəl İsveçrədə bildirib ki, hazırda ittifaqın üzvü olan bəzi ölkələr internet-bloklama və qlobal şəbəkədə söz azadlığının məhdudlaşdırılması təcrübəsini sınaqdan keçirirlər.
Bu tədbirlər formal olaraq ittifaqın kodeksinə zidd deyil, lakin ittifaqa daxil olan digər ölkələr tərəfindən tamamilə bəyənilmir.
Hamadun Ture bildirib ki, onun idarəsi müəllif hüquqları və siyasi müzakirələrlə deyil, texniki suallarla məşğul olmağı üstün tutur.
EMİL
21/06/12 Çap et