Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un əməkdaşları nə qədər maaş alır?


Bir çox texniki şirkətlərdə olduğu kimi, “Facebook”da da ən yüksək maaş alan əməkdaşlar mühəndis-proqramçılardır.  “Facebook”da proqram təminatı üzrə baş menecer (Senior Software Engineer) vakansiyası İT mütəxəssisə il ərzində orta hesabla 132.5 min dollar qazandıra bilər.

Belə yüksək əmək haqqı onunla izah olunur ki, Mark Zukerberq və komandasının ideyalarının həyata keçirilməsi üzrə əsas ağırlıq məhz mühəndis-proqramçıların üzərinə düşür.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən  bildirir ki, əmək haqqının həcminə görə ikinci yerdə idarəetmə heyəti, xüsusilə məhsul menecerləri (Product Managers) qərarlaşıb. Onların illik maaşı 130 min dollar təşkil edir.

“Facebook”, həmçinin təcrübə keçənlərə ödənilən əmək haqqı siyasətinə görə digər İT şirkətlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Gənc mühəndis-təcrübəçi (Software Engineering Intern) il ərzində 74.7 min dollar qazana bilər. Şirkət yeni istedadlı şəxslər cəlb etmək üçün bu addımı atır. “Google” və “Microsoft” şirkətləri də analoji siyasəti dəstəkləyir.

Əmək haqqı həcminə görə üçüncü yerdə dizaynerlər, ilk növbədə istifadəçi interfeysinin dizaynerləri (User Interface Designers) qərarlaşıb. İnterfeys dizaynerinin əmək haqqısı 129 min dollar təşkil edir.
Digər tərəfdən, məhsulların dizaynı üzrə əsas qərarları  Mark Zukerberqin başçılığı ilə direktorlar komandası qəbul edir. Buna görə də sıradan dizaynerlər (Product Designers) təxminən 79 min dollar həcmində əmək haqqı alırlar.
 
EMİL





21/06/12    Çap et