Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BDU ilə İsveçrə arasında yeni innovasiyalar üzrə elmi istiqamətlərlə bağlı əməkdaşlıq müzakirə edilib
Bakı Dövlət Universiteti (BDU) ilə İsveçrə arasında yeni innovasiyalar üzrə elmi istiqamətlərlə bağlı əməkdaşlıq və bir sıra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Bu müzakirələr Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun İsveçrənin Azərbaycandakı səfiri Sabine Ulmann Şaban ilə görüşündə aparılıb.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Universitetdən bildirilib ki, BDU kimi qabaqcıl təhsil ocağında olmağından qürur hissi duyduğunu deyən səfir universitetin Azərbaycanın ilk ali təhsil ocağı olduğunu xüsusilə vurğulayıb. Öz növbəsində səfir Ulmanın BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, akademik Abel Məhərrəmov, universitetin tarixi, beynəlxalq əlaqələri barədə danışıb.
Müxtəlif ixtisas üzrə təhsil alan tələbələrin İsveçdə təcrübə keçmələrinin səmərəli nəticə verəcəyini və səfirin bu istiqamətdə dəstək olacağına əminliyini ifadə edib. BDU ilə tanışlığın onda xoş təəssürat yaratdığını deyən səfir təmsil etdiyi ölkənin BDU ilə əməkdaşlıqda, birgə proqram və layihələrin reallaşmasında maraqlı olduğunu bildirib.
HƏQİQƏT
21/06/12 Çap et