Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Firefox” səyyahının 6-cı beta versiyasını yükləmək mümkündür
Artıq məşhur “Firefox” səyyahının son beta-versiyası – “Firefox Beta 6”-nı “Windows”, “Mac”, “Linux” və “Android” platformaları üçün yükləmək və test etmək mümkündür. Yeni qrafikinə əsasən, “Firefox” səyyahının sabit versiyaları hər 6 həftədən bir çıxacaq.
“Mozilla Foundation” təşkilatında səyyahın hər 3 versiyasını (stable, beta, aurora) eyni zamanda yeniləməyə çalışırlar, ancaq bəzən bu versiyaların buraxılışları arasında müəyyən müddət olur. Demək olar ki, bir həftə əvvəl “Mozilla” “Aurora” kanalında “Firefox 7”-ni təqdim edib. İndi isə 6-cı beta versiyanı yükləmək və test etmək mümkündür. “Firefox 6.0” səyyahının sabit versiyasının təqdim edilməsi avqust ayının əvvəlinə gözlənilir.
13/07/11 Çap et