Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada pirat məzmun yükləyənlər həbs ediləcək


Yaponiyada müəllif hüquqlarının müdafiəsi ilə bağlı son dərəcə sərt qanun qəbul edilib. 2012-ci ilin oktyabrından etibarən pirat məzmun yükləyən istifadəçilər cinayət məsuliyyətinə cəlb ediləcək. Hazırda belə işlərə mülki məcəllə üzrə baxılır və cəza kimi yalnız cərimə nəzərdə tutulub.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, cinayətkar 25 min dollar həcmində cərimə ödəyərək həbsdən xilas ola bilər. Cəzanın dərəcəsi pirat məzmun həvəskarının günahının ağırlığından asılı olaraq məhkəmə tərəfindən təyin ediləcək.

Yaponiyanın səsyazma sənayesi yeni qanunu dəstəkləyib. Səsyazma şirkətlərinin məlumatına görə, 2010-cu ildə Yaponiyada  qanunsuz olaraq 4,36 milyard fayl yüklənib. Bu isə pullu məzmunla müqayisədə 10 dəfə çoxdur.




EMİL





22/06/12    Çap et