Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran kütləvi haker hücumunun qarşısını almağa hazırlaşır
İranın xüsusi xidmət orqanının direktoru Heydər Moslehi bildirib ki, ABŞ, Böyük Britaniya və İsrail ölkəyə qarşı kütləvi kiberhücum etməyə hazırlaşırlar. Onun sözlərinə görə, buna səbəb bu yaxınlarda İranın nüvə proqramı ilə bağlı baş tutmuş danışıqların nəticəsiz bitməsidir.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, İranın iri nüvə obyektlərinə kiberhücumlar keçiriləcəyi bildirilib. İranın şəbəkə təhlükəsizliyi mütəxəssisləri artıq məsələdən xəbərdardırlar və bütün lazımi müdafiə tədbirləri görülüb.
EMİL
22/06/12 Çap et