Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ƏMDK 30-a yaxın elektron imza alacaq


Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) elektron imza almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) müraciət edib.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə adıçəkilən komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. Onun sözlərinə görə, ilkin mərhələdə 30-a yaxın elektron imzanın alınması üçün sənədlər hazırlanıb və RİTN-ə göndərilib: «Biz müraciətlərimizi göndərmişik. Hesab edirəm ki, e-imza alanların sayı getdikcə artacaq».








SEYMUR 





22/06/12    Çap et