Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda distant təhsil formasının tətbiqi genişləndirilir
Azərbaycanda distant təhsil formasının tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş "Formal təhsilin təşkili Qaydaları"nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.
"ICTnews" elektron xidmətinin Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən, evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili əyani forma ilə yanaşı, distant formada da təşkil olunacaq. Qeyd edək ki, indiyə qədər, evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili yalnız əyani formada həyata keçirilirdi.
CAHANGİR
22/06/12 Çap et