Azərbaycanlı “Twitter”in ən maraqlı bloqqerləri siyahısına daxil edildi
Azərbaycan mənşəli türk jurnalist Mahir Zeynalov Amerikanın nüfuzlu "Foreign Policy" jurnalının qiymətləndirilmələrinə əsasən "Twitter"in ən maraqlı bloqqeri siyahısına daxil edilmişdir.
Jurnal "Twitter"də izləməyi məsləhət gördüyü 100 bloqqerin siyahısını vaxtaşırı dərc edir."Foreign Policy" seçməsini – "
Twitterati-100" jurnalının saytında tapmaq olar.
30 000-dən çox izləyicisi olan "Twitterati"yə "Twitter" sosial şəbəkəsinin istifadəçiləri qəbul edilmişdir.
Bu il "The FP Twitterati-100"-ün siyahısına Türkiyənin xarici siyasəti, həmçinin dünya siyasəti mövzularında yazan türk "Today's Zaman" qəzetinin jurnalisti Mahir Zeynalov daxil olmuşdur.
İstanbulda işləyərək, Zeynalov həmçinin Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin və Alimlərin Avrasiya Assosiasiyasının birgə çıxartdığı (Ankara, Türkiyə) Cənubi Qafqazın akademik jurnalı "Caucasus International"ın redaktorudur.