“Elektron Hökumət” Elektron Xidmətlər Portalı Milli İnternet Mükafatının qalibi oldu
"NETTY 2012" Milli İnternet Mükafatının qaliblərinin adları açıqlandı. 21 iyunda Səməd Vurğun adına Rus Dram Teatrında "NETTY 2012" Azərbaycan Milli İnternet Mükafatının təntənəli mükafatlandırma mərasimi keçirilib. Mərasimdə ölkənin iri İT şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çox sayda qonaqlar iştirak ediblər.
Xatırladaq ki, virtual münsiflər heyətinin və ekspert şurasının səsverməsinin nəticəsinə görə, 50-dən çox resurs mükafatın nominantı olmuşdur.
1. Dövlət saytı:
"Elektron Hökumət" Dövlət İnformasiya Sistemi Elektron Xidmətlər Portalı "www.ehdis.az"
2. Korporativ sayt: "
118" məlumat xidməti "http://118.az/"
3. Elm və Təhsil:
İntellektual uşaq portalı "http://bebe.az/"
4. Mədəniyyət və incəsənət:
Milli Musiqi arxivi "http://muzzaz.net"
5. İnformasiya və xəbərlər:
Biznesinfo – "http://biznesinfo.az/"
6. Servis-sayt:
Azərbaycan Video Servisi "http://video.az/"
7. Əyləncə:
Karaoke – "http://karaoke.musigi-dunya.az/"
8. İdman:
Tennisinfo – "http://tennisinfo.az"
9. Azərbaycan:
Virtual turlar və panoram fotolar "http://360view.az/"
10. Şəxsi sayt:
Rauf Mardiyev – "http://mardiyev.az/"
11. Cəmiyyət:
İctimai Birlik "Çağrı" "www.chagri-ib.com"
12. Elektron kommersiya sahəsində ən yaxşı sayt:
Manufaktura layihəsi - "http://manufaktura.az"
13. Sosial şəbəkənin seçimi: "
Rockand Metal" layihəsi – "http://hidrock.net/"
14. "Bakcell" ilə SMS səsvermənin qalibi: -
SQL layihəsi – "http://sql.az/"
15. İlin İT hadisəsi:
«Nəqliyyatın intellektual idarəetmə layihəsi» və
«Elektron Hökumət İnformasiya Sistemi ».
16.
"İnformasiya texnologiyalarının inkişafının zənginləşdirilməsi üzrə" -
Ramin Mahmudzadə - fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda riyazi üsullar" İctimai İnstitutunun rektoru (1985-1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999-2003), "Focal Point" UNESCO-nun Azərbaycanda rəhbəri (2002-2005), Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri.
Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, bu il də müsabiqə Rabitə və Texnologiyaları, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilib.