Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir nüfuzlu “BizNewsAsia” jurnalına müsahibə vermişdir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Filippinin nüfuzlu "BizNewsAsia" həftəlik iqtisadi xəbərlər jurnalına müsahibə vermişdir. Jurnalın prezidenti və naşiri Antonio Lopezin suallarını cavablandıran nazir bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən və gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda da öz bəhrəsini vermişdir.
Nazir Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər, həyata keçirilən islahatlar və gələcək perspektivlərdən danışmışdır.
22/06/12 Çap et