Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiya internet auditoriyasının həcminə görə Avropada liderdir
“ComScore” tədqiqat şirkətinin hesablamasına görə, 2012-ci ilin birinci rübündə Rusiyada təxminən 56 milyon insan internetə çıxış imkanına malik olub.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, bu, Çin, ABŞ, Yaponiya, Hindistandan sonra dünyada beşinci göstəricidir.
Məlumat üçün qeyd edək ki, 1 il əvvəl bu göstərici üzrə Almaniya lider olub. “ComScore” tədqiqat şirkətinin məlumatına görə, 1 il ərzində Runetin istifadəçilərinin sayı 18 faiz artıb.
EMİL
22/06/12 Çap et