Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni virusa görə ofislərdə kağız qıtlığı yaşanır?!


“Symantec” antivirus şirkətində çalışan ekspertlərin aşkar etdikləri yeni ziyanverici proqram ofisdəki printerləri kağız bitənədək mənasız mətn çap etməyə “məcbur” edir. “Milicenso” troyanı artıq ABŞ, Cənubi Amerika, Hindistan və Avropanın bəzi ölkələrində kompyuterləri yoluxdurub.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, virusa yoluxdurulmuş kompyuterləri araşdıran “Symantec” şirkətinin mütəxəssisləri sistemlərdə troyan aşkar ediblər. Ekspertlər virusu mürəkkəb bekdor tipinə aid edirlər. Virus öz-özlüyündə heç bir ziyan vurmur, lakin digər virusların ötürülməsi üçün kanal rolunu oynayır.








 
EMİL





22/06/12    Çap et