Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz şəbəkələrin məhsuldarlığını ikiqat artırmaq üsulu tapılıb


Kanadalı mühəndislər məlumatların simsiz şəbəkələrdə ikitərəfli ötürülməsi texnologiyasını yaradıblar. Yeni həll siqnalı "hava ilə" eyni anda iki istiqamətdə bir radio kanal tezliyində ötürməyə imkan verir.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, mühəndis-tədqiqat qrupuna rəhbərlik edən Əmir Handanin sözlərinə görə, simsiz şəbəkələr sahəsində hazırki texnologiya eyni anda danışmağa və qulaq asmağa imkan verməyən köhnə radio stansiyalarının iş prinsipini xatırladır.

O vurğulayıb ki, ikitərəfli texnologiya operatorlara ən azı şəbəkələrin keçirtmə qabiliyyətini ikiqat artırmağa və simsiz kanal vasitəsilə daha çox məlumat ötürməyə imkan yaradacaq.





EMİL





23/06/12    Çap et