Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnvestorlar “Google”-un direktorunun sağlamlığından narahatdırlar
"Google" internet-şirkətinin həmtəsisçisi Larri Peycin sağlamlığında ciddi problemlər var. 39 yaşlı milyarder səhmdarlar yığıncağında iştirak etmədikdən sonra investorlar belə fərziyyə irəli sürüblər.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, şirkətdən verilən məlumata görə, Larri Peycin səs tellerində problem var və buna görə ona danışmaq hələ ki çətindir.
Şirkətin direktorunun "Google I/O" illik konfransında iştirak etməyəcəyi məlum olduqda, onun sağlamlığı haqqında narahatlıq daha da artıb.
2012-ci il iyunun 27-də San-Fransisko şəhərində start götürəcək "Google I/O" illik konfransı şirkətin ən əhəmiyyətli tədbirlərindən biri hesab edilir, buna görə də Peycin orada iştirak etməməsi üçün əsaslı səbəbi olmalıdır.
EMİL
23/06/12 Çap et