Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncədə elektron ticarətlə bağlı məlumatlandırma işləri aparılıb


İyunun 22-də İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhərində sahibkarlar üçün "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda seminar keçirilib.

Seminarda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları, eləcə də Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, tədbirdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" Proqramı, ("GSP+") və onun biznes üçün potensial faydası barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində həmçinin, İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış “www.b2b.az” elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Seminarda iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.


CAHANGİR





23/06/12    Çap et