Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“PayPal” administrasiyası aşkar edilmiş boşluqlara görə pul ödəyəcək


“PayPal” ödəmə sistemi təhlükəsizlik sistemində səhv və boşluqları aşkar edən istifadəçilərini mükafatlandıran şirkətlər siyahısına qoşulmağa qərar verib. Belə ki, “PayPal” rəhbərliyi bəyan edib ki, ödəmə sisteminin təhlükəsizlik sistemində boşluq aşkar edən hər kəsi pul ilə mükafatlandıracaq.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, mükafatlandırma mexanizmi heç də "şəffaf deyil": “PayPal” administrasiyası digər şirkətlərin rəhbərliyindən fərqli olaraq, bu və ya digər boşluğun aşkar edilməsi üçün ödəniləcək pul mükafatının ölçüsünü əvvəlcədən bildirmir.
 








EMİL





25/06/12    Çap et