Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“BestComp Group” şirkəti tenderin qalibi elan edilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün kompyuter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması üzrə elan edilmiş tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə MB-nın məlumatında deyilir.
Məlumatda bildirilir ki, qiymətləndirmənin nəticələrinə görə, Tender Komissiyasının 06 iyun 2012-ci il tarixli qərarı ilə “BestComp Group” şirkəti tenderin qalibi elan edilib və 22 iyun 2012-ci il tarixli satınalma müqaviləsi imzalanıb.
CAHANGİR
25/06/12 Çap et