Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qanunsuz olaraq kompyuter vasitəsilə uduşlu oyunlar keçirilən daha bir obyekt aşkar olunub


İyun ayının 20-də Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı Yasamal rayonu, Naxçıvani küçəsi, 9 ünvanında yerləşən, Əliyev Mehdi Azad oğluna məxsus obyektdə qanunsuz olaraq kompyuter vasitəsilə uduşlu oyunların  təşkil olunduğu aşkar edilib.
 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir.

M.Əliyevin vergi uçotunda olmadığı və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozaraq  qanunsuz sahibkarlıqla məşğul olduğu müəyyən edilib. Vergi əməkdaşları tərəfindən həmin obyektdən ümumilikdə 12 ədəd kompyuter dəsti, möhürlər, müvafiq qeydlərin aparıldığı dəftər və bloknotlar, “qara mühasibatlıq” sənədləri götürülüb.







CAHANGİR





25/06/12    Çap et