Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mərkəzi Bank üçün kompyuter, server, şəbəkə avadanlıqları alacaq şirkət müəyyənləşib
Mərkəzi Bank (MB) üçün kompyuter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması ilə əlaqədar tenderin nəticələrini elan edib. “ICTnews” elektron xəbər xidmətinə nəticələr barədə məlumat verən bankdan bildirilib ki, MB-ya kompyuter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması üzrə elan edilmiş tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə görə, Tender Komissiyasının qərarı ilə “BestComp Group” şirkəti tenderin qalibi elan edilib. MB ilə şirkət arasında satınalma müqaviləsi imzalanıb.
HƏQİQƏT
25/06/12 Çap et