Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” optik sensorların istehsalına 1 milyard dollar yatırır
Yaponiyanın "Sony" şirkəti rəqəmsal kameralar üçün optik sensorların istehsal gücünün artırılmasına 1 milyard dollar sərmayə yatırır. CCD və CMOS-sensorların istehsalının genişləndirilməsi şirkətə sürətlə inkişaf edən smartfon və planşet kompyuterlər bazarına məhsulları fəal surətdə tədarük etməyə imkan verəcək. İstehsal gücünün artırılmasının Naqasaki şəhərində yerləşən əsas zavodda həyata keçirilməsi planlaşdırılır.
"ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, sərmayələr yapon şirkətinə optik sensorların istehsalı üçün ayda 45 min deyil, 60 min altlıq istehsal etməyə imkan verəcək. Altlıqların sayı istehsal olunan sensorların tipindən asılı olaraq dəyişə bilər. "Sony" rəhbəri Katsuo Xirai sərmayələrin xeyli hissəsinin CMOS-sensorların buraxılması üçün istehsal gücünün genişləndirilməsi ilə yanaşı, müəyyən məbləğin CCD sensorlara da yönəldiləcəyini bildirir.
Hazırda "Sony"-nin istehsal etdiyi optik sensorların təxminən 80 faizi kənar sifarişçilərə verildiyi halda, qalan 20 faiz "Sony CyberShot" və "Sony Alpha" kameralarında işləyir.
Kameralarda istifadə edilən optik sensorlar kameranın obyektivinə düşən işığın kameranın prosessoru üçün rəqəmsal siqnala çevrilməsi funksiyasını yerinə yetirirlər.
EMİL
25/06/12 Çap et