Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” videohostinqi daha çox gəlir gətirəcək


"Google" şirkəti "YouTube" videohostinqindən qazanacağı məbləğin həcmini sirr olaraq saxlayır. Lakin analitiklərin hesablamalarına əsasən qeyd edək ki, məbləğin həcmi kifayət qədər çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Citigroup" bank qrupunun mütəxəssisi Mark Maheyninin hesablamalarına görə, "Google" şirkətinin 2012-ci ildə "YouTube" videoxidmətindən qazanacağı məbləğin həcmi 3,6 milyard ABŞ dollarını ötəcək.

"Google" şirkətinin "YouTube" videoxidmətində göstərilən reklamdan əldə etdiyi gəlirə əsaslanan analitik belə nəticəyə gəlib. Ekspertin hesablamasına görə, "Google" şirkəti həmin məbləğin təxminən 1,2 milyard dollarını partnyorlarına verəcək. Beləliklə, 2012-ci ildə "YouTube" videoxidmətinin xalis mənfəəti təxminən 2,4 milyard ABŞ dolları təşkil edəcək.





EMİL





25/06/12    Çap et