Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakim “Apple” və ”Motorola” şirkətləri arasındakı patent mübahisəsinə son verib
Çikaqonun federal məhkəməsi 2010-cu ildən etibarən “Apple” və “Android” platforması ilə işləyən smartfon istehsalçısı “Motorola Mobility” (MMI) arasında davam edən patent mübahisəsinə son verib. Dairə hakimi Riçard Poznerin çıxartdığı qətnaməyə əsasən, tərəflərdən heç biri vurulmuş zərəri sübut edə bilməyib.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, nə “Apple”, nə də “Motorola” şirkətləri onlara dəymiş zərəri sübut etmək üçün işə yenidən ABŞ-da baxılmasına nail ola bilməyəcəklər. Bu barədə hakimin qərarına istinadən “Bloomberg” agentliyi xəbər verib.
Bununla belə, Poznerin qərarından şikayət etmək olar. Məlumat üçün bildirək ki, 2010-cu ilin oktyabrında ilk olaraq “Motorola” şirkəti patent mübahisəsini başlayıb. “Apple” korporasiyası 1 ay sonra qarşılıqlı iddia qaldırmışdı. Hər iki şirkət ümumilikdə bir-birinə qarşı müxtəlif ölkələrdə 40-dan çox iddia irəli sürüblər.
EMİL
25/06/12 Çap et