Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeniyetmələrin 70 faizi şəbəkədə işləyən zaman valideyn nəzarətindən kənarda qalmaq istəyirlər


“McAfee” şirkəti Amerikanın 13-17 yaşlı internet  istifadəçilərinin maraq, vərdiş və davranış tərzini araşdırıb.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, araşdırma nəticəsində məlum olub ki, yeniyetmələrin 70 faizindən çoxu şəbəkədə işləyən zaman valideyn nəzarətindən kənarda qalmaq istəyirlər.

Həddi-büluğa çatmamışların təxminən 53 faizi brauzerin tarixini, 33 faizi ani mesajlarla mübadilə sistemlərində yazışmanı silir. Yeniyetmələrin 23 faizi böyükləri sadəcə aldadırlar, 46 faizi isə böyüklər gələn zaman brauzeri bağlayır.

Yeniyetmələrin təxminən 15 faizi sosial şəbəkələrdə digər şəxslərin hesabını, 8.7 faizi elektron poçt qutusunu “sındırmağa” çalışır. Yeniyetmələrin 30.7 faizi pirat materiallar (film və musiqi) yükləyir.

ABŞ-da yeniyetmələr gün ərzində internetdə orta hesabla 5 saat vaxt keçirirlər. Həddi-büluğa çatmamış şəxslərin 37.4 faizi  qlobal şəbəkəyə daxil olmaq üçün noutbuk, 29,8 faizi stolüstü kompyuterdən istifadə edir. Sorğuda iştirak edənlərin təxminən 13,5 faizi bunun üçün smartfondan, 5 faizi isə planşetdən istifadə edir.
 
EMİL





27/06/12    Çap et