Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Portuqaliyanın dövlət naziri Azərbaycanda İKT məsələlərini də müzakirə edəcək
Portuqaliya Respublikasının Dövlət naziri və Xarici işlər naziri Paulo Sakadura Kabral Portas Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu ayın 29-na qədər olacaq səfər çərçivəsində Paulo Sakadura Kabral Portasın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, Xarici işlər naziri Elmar Məmmədyarov, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, İqtisadi inkişaf naziri Şahin Mustafayev, Nəqliyyat naziri Ziya Məmmədov və Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovla görüşləri nəzərdə tutulub. Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
SEYMUR
27/06/12 Çap et