Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ məhkəməsi “Samsung Galaxy Tab 10.1” planşetinin satışlarını dayandırdı


Amerikanın Kaliforniya ştatının məhkəməsi "Apple" korporasiyasının "Samsung Galaxy Tab 10.1" planşet kompyuterinin satışlarına ABŞ-da müvəqqəti qadağa qoyulması ilə bağlı xahişini təmin edib. Buna səbəb "Samsung"un "Apple"-ın patentlərini pozmasıdır.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən  bildirir ki, qoyulmuş qadağa məhkəmə prosesi başa çatanadək qüvvədə qalacaq.

"Samsung" şirkətinin nümayəndələri hələ ki məhkəmənin qərarı ilə bağlı şərh verməyiblər.
Məlumat üçün bildirək ki, məhkəmə hələ 2011-ci ilin dekabrında  "Apple" korporasiyasının analoji xahişinə baxmış, lakin onu təmin etməmişdi.
 




EMİL





27/06/12    Çap et