Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kibercinayətkarlar 2011-ci ildə 75 milyon dollar oğurlayıblar


“McAfee” və “Guardian Analytics” şirkətinin mütəxəssisləri tərəfindən keçirilmiş tədqiqat nəticəsində məlum olub ki, 2011-ci ildə kibercinayətkarlar bank hesablarından ən azı 75 milyon dollar oğurlayıblar.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, fırıldaqçılar ikisəviyyəli autentifikasiya  sistemlərini “qırmaq” üçün “Zeus” və “SpyEye” ailələrinin modifikasiya edilmiş ziyanverici proqramlarından istifadə ediblər. Təxminən 60 bankın fiziki şəxsləri və korporativ müştəriləri “qurban” olub.
 
Məqsədyönlü və yaxşı mərkəzləşdirilmiş hücumlar Avropa, ABŞ və Latın Amerikasında qeydə alınıb. Server loqlarının araşdırılması nəticəsində məlum olub ki, kibercinayətkarlar ümumilikdə təxminən 78 milyon dollar oğurlamağa çalışıblar və ən böyük qanunsuz sazişlərdən birinin dəyəri 130 min dollar təşkil edib.
 




EMİL





27/06/12    Çap et