Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”-un "+1" düyməsi məşhurluq üzrə “Twitter” düyməsini üstələyib


“Google” şirkəti iyun ayının sonunda “Google+” sosial şəbəkəsinin beta testinə başlayıb və 2 həftədən az müddətə bir çox şeydə “Like” (Facebook ixtirası) düyməsinə oxşar "+1" “Twitter” mikrobloqlar şəbəkəsinin “Share” və “İnstant Follow” düymələrinin birgə göstəricilərini ötərək hiss olunacaq dərəcədə məşhurlaşıb.
Veb-korporasiya "+1" düyməsini hələ mart ayında təqdim edib, lakin onu iyunun əvvəlindən saytlarda yerləşdirmək mümkündür.
Axtarış optimallaşdırması ilə məşğul olan “BrightEdge” şirkətinin məlumatına görə, iyul ayının 8-də “Google” plaqini (genişlənməsi) ən çox daxil olunan 10 min veb saytın 4.5%-də əsas səhifədə yerləşdirilib. Hər iki “Twitter” düymə — “Share” və “İnstant Follow” 3,4% saytda qeyd edilib. “Facebook”un 4 plaqini — “Like” düyməsi, “Like”, “Connect” və “Recommendations” pəncərəsi 20% resursda yerləşdirilib.
Axtarışçı sistemi ilə inteqrasiya "+1" düyməsinin üstünlüyüdür: “Google+” sosial şəbəkəsində sizin ünsiyyət dairənizdəki insanlar axtarışının nəticələri arasında bəyəndiyiniz səhifəni görürlər.




13/07/11    Çap et