Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Angry Birds” istehsalçısı yarış oyunu istifadəyə verib
"Rovio Entertainment" şirkəti bir neçə həftə sınaqdan keçirdikdən sonra "Angry Birds" oyununun Formula 1 mövzusunda hazırlanmış xüsusi veb-versiyasını istifadəyə verib. Yeni "Angry Birds Heikki" oyunu Formula pərəstişkarları üçün nəzərdə tutulub və oyunçular üçün 12 müxtəlif səviyyə (yollar) təklif edir.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, qeymerlər "heikki.angrybirds.com" saytına daxil olub qeydiyyat prosedurunu keçdikdən sonra oyunun yeni versiyasını oynaya bilərlər. Oyun "British Grand Prix" yolundan başlanır. Oyunçular onu keçdikdən sonra yeni səviyyə açılır."Rovio" şirkətindən verilən məlumata görə, oyun finlandiyalı yarışçı Heyki Kovalaynenə həsr edilib.
EMİL
27/06/12 Çap et