Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiya aviaşirkətləri sərnişinlərə uçuş
Yaponiyanın iki böyük aviaşirkəti daha çox sərnişin cəlb etmək məqsədi ilə uçuş zamanı internet xidməti təklif etməyi planlaşdırır.
“Japan Airlines” və “All Nippon Airways” şirkətlərindən bildirmişlər ki, hazırda bəzi beynəlxalq marşrutlarda simsiz internet xidmətinin tətbiqi istiqamətində iş aparılır.
Yaponiyanın aviasiya rəhbərliyi təyyarələrin göyərtəsindəki cihazların işinə təsir etmədiyinə görə kompyuter və smartfonlar üçün simsiz internetin tətbiqi barədə təşəbbüsü bəyənmişdir. Lakin buna baxmayaraq, beynəlxalq hava daşımaları ilə məşğul olan şirkətlərdən yalnız bir neçəsi internet xidməti təklif etməyi nəzərdə tutur.
27/06/12 Çap et