Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Federal Təhlükəsizlik Bürosu 24 hakeri həbs edib
ABŞ hakimiyyəti 24 hakerin həbs edilməsi haqqında məlumat verib. Hakerlərin oğurlanmış plastik kart və bank rekvizitləri vasitəsilə fırıldaq etdikləri bildirilib. "Röyters" agentliyi bildirib ki, 11 şübhəli şəxs ABŞ-da, qalanları isə Böyük Britaniya və Yaponiya daxil olmaqla digər ölkələrdə saxlanılıb.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, 2 il aparılan araşdırma zamanı FTB (Federal Təhlükəsizlik Bürosu) agentləri haker şəbəkəsinə internet-forumlar vasitəsilə daxil ola biliblər. FTB agentləri 205 milyon dolların oğurlanmasının qarşısını alıblar.Saxlanmış şəxslər 18-25 yaş arasında olan gənclərdir. Onlardan bəzilərini 40 ilə qədər həbs cəzası gözləyir.
EMİL
27/06/12 Çap et