Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Macarıstanda Şuşa şəhərinin işğalının 20 illiyi ilə bağlı xatirə markası buraxılıb
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macar Poçtu qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi münasibəti ilə xatirə markası buraxıb.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin rəsmi internet səhifəsində məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycanın dövlət rəmzlərinin – bayraq və gerbin də yer aldığı xatirə markasında Şuşanın yarıuçulmuş Gövhər ağa məscidinin minarəsi və qala divarları öz əksini tapıb. Markada Azərbaycan, macar və ingilis dillərində "Şuşa şəhərinin Ermənistan tərəfdən işğalının 20-ci ildönümü" sözləri yazılıb. Markanın içərisinə qoyulduğu bukletdə isə tarixi Azərbaycan şəhəri Şuşa haqqında hər üç dildə qısa məlumat və erməni vandalları tərəfindən tar-mar edilmiş şəhərin panoramı verilib.
Xatirə markasında Azərbaycan milli ornamentlərindən və naxışlardan məharətlə istifadə olunub.Xatirə markası macar və digər Avropa ölkələrinin parlamentarlarına, siyasi və ictimai xadimlərə, mətbuat nümayəndələrinə göndərilib. Onun bir hissəsi isə filatelistlər arasında yayılacaq.
CAHANGİR
27/06/12 Çap et