Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ilin ikinci yarısında smartfon bazarının həcmi 38 faiz artacaq
“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2012-ci ilin ikinci rübündə smartfonların tədarük həcmi ötən rüblə müqayisədə 38 faiz artacaq. Müqayisə üçün bildirək ki, 2011-ci ilin ikinci rübündə 110 milyon smartfon tədarük edilmişdi.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yaxın aylar ərzində artım tempi Avropa, Şimali Amerika və Asiyadakı iqtisadi qeyri-sabitliyə görə əhəmiyyətli dərəcədə ləngiyə bilər. L
akin bazardakı vəziyyət, çox güman ki, ilin sonunadək, yeni nəsil “iPhone” smartfonu və “LTE” texnologiyasını dəstəkləyən smartfonların çıxarılmasından sonra bərpa olunacaq. Mütəxəssislərin proqnozuna görə, 2012-ci ildə “4G” şəbəkəsini dəstəkləyən smartfonların istehsalı 10 dəfədən çox artacaq.
“IDC” analitik şirkətinin son hesabatına əsasən, 2012-ci ilin birinci rübündə dünyada smartfon bazarının həcmi 42,5 faiz artıb. Bu, ötən ilin göstəricisini əhəmiyyətli dərəcədə üstələyir. Lakin mobil telefon bazarı analoji dövrdə 1,5 faiz azalıb.
EMİL
28/06/12 Çap et