Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumatları daha sürətli ötürmək mümkün olacaq


ABŞ, Çin, İsrail və pakistanlı mütəxəssislərin daxil olduğu  beynəlxalq alimlər qrupu məlumatların ötürülməsi sürəti üzrə  yeni mütləq rekord (2.56 TB/san) təyin ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, rekord hələ ki yalnız laboratoriya şəraitində təyin edilib, lakin alimlər bunun üçün heç bir xüsusi avadanlıqdan istifadə etməyiblər. Belə ki, yalnız adi fiber-optik kabel istifadə edilib. Yeni texnologiyanın gələcəkdə məlumatların həm kabel, həm də peyk sistemlərində ötürülməsində tətbiq ediləcəyi bildirilib.

2,56 TB/san sürəti yaxın vaxtlara qədər praktik olaraq əlçatmaz kimi görünürdü. Məlumat üçün bildirək ki, təcrübədə əvvəlki rekord keçən ilin sonunda təyin edilib. Kaliforniya Texnologiya İnstitutunun əməkdaşları o zaman məlumatların ikitərəfli ötürülməsi zamanı 186 QB/san sürət əldə etmişdilər.



 
EMİL





28/06/12    Çap et