Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncədə təhsil üzrə internet forum keçirilib


Gəncədə “Fənn kurikulumunun tətbiqi: nailiyyətlər, perspektivlər” mövzusunda internet forum keçirilib.Təhsil Nazirliyinin, Milli Kurikulum Mərkəzinin, yerli icra hakimiyyəti nümayəndələrinin, eləcə də mütəxəssislərin iştirakı ilə keçirilən forumda Gəncə məktəbləri ilə Bakıdakı 132 nömrəli orta məktəb arasında canlı debat təşkil olunub.

Debatda müasir təhsilin problemləri, müəllimlərin ixtisasartırma məsələləri, həmçinin milli kurikulumun tətbiqi ilə bağlı təlimçilərin hazırlıq vəziyyəti mövzularında müzakirələr aparılıb. 





28/06/12    Çap et