Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qətərlə nanotexnologiyalar üzrə birgə layihələr həyata keçirilə bilər


Qətərin  Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının baş katibi xanım Hessa əl-Cabir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində olub. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə adıçəkilən mərkəzin direktoru Sevda Abdullayeva məlumat verib.

Hessa əl-Cabirin mərkəzin laboratoriyalarının işi ilə tanış olduğunu vurğulayan S.Abdullayeva bildirib ki, qonaq gördüklərindən çox məmnun olub: «Hessa xanım laboratoriya və burada görülən işlərlə tanış olduqdan sonra bildirdi ki, bir gün bütün dünya Azərbaycanın dünya elminə bəxş etdiyi nanonailiyyətlərdən istifadə edəcək.

Eyni zamanda Hessa xanım bizi Qətərə dəvət etdi və bildirdi ki, Azərbaycanla nanotexnologiyalar istiqamətində əməkdaşlıq etmək niyyətindədirlər. Qətərin Rabitə və İnformasiya Texnologiyaları Ali Şurasının baş katibi iki ölkənin birlikdə nanotexnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edərək bu istiqamətdə səy göstərəcəyini söylədi».




SEYMUR





29/06/12    Çap et