Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il televizorların istehsalı 1,6 dəfə artıb


Bu ilin 5 ayı ərzində kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 114,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompyuter və digər elektron avadanlıqların istehsalı 17,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 3,3 dəfə artıb.

Cari ilin yanvar-may ayları ərzində 82 ədəd güc transformatorları, 1,7 min ədəd məişət soyuducuları istehsal edilib. Bundan başqa, televizorların istehsalı 1,6 dəfə artıb.

2012-ci il iyunun 1-nə müəssisələrin anbarlarında 35,4 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 11,8 faizi qədər hazır məhsul ehtiyatı qalmışdır.





29/06/12    Çap et