Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kapital Bank “Mobile Banking” xidmətini işə salıb
Kapital Bank “Mobile Banking” xidmətinin tətbiqinə başlayıb. İndi hər kəs mobil telefon vasitəsilə bankın xidmətlərindən istifadə edə bilər.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Kapital Bankın məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, bankın “Mobile Banking” xidmətindən istifadə etməklə dünyanın istənilən yerindən günün 24 saatı, həftənin 7 günü ərzində müxtəlif əməliyyatlar aparmaq mümkündür.
Bu əməliyyatlara hesabın yoxlanması, istənilən müddət üçün hesabdan çıxarışların əldə edilməsi, kommunal xidmətlər üzrə borcların ödənilməsi, mobil və beynəlxalq rabitə haqlarının ödənilməsi, kartdan karta pul köçürmələri və s. daxildir.
“Mobile Banking” xidmətinə Kapital Bankın bankomatları vasitəsilə və ya bankın filiallarına müraciət etməklə qoşulmaq olar.
Qeyd edək ki, “Mobile Banking”, bank xidmətləri sahəsində tətbiq edilən ən müasir texnologiyalardan biridir. Bu xidmətdən faydalanan müştərinin əməliyyat aparmaq üçün bank filialına, bankomata yaxınlaşmasına ehtiyac qalmır.
CAHANGİR
29/06/12 Çap et