Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İcbari sosial sığorta üzrə daxilolmaların elektron qəbuluna başlanılır


Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) icbari dövlət sosial sığortası üzrə ödənişlərin elektron formada qəbuluna başlayır. Bu barədə jurnalistlərə fondun sədri Səlim Müslümov  məlumat verib.
"Artıq iyul ayında sığortaçılar ilk yarım ilin və ikinci rübün yekunlarına görə hesabatı elektron formada verə biləcəklər", - Müslümov deyib.

Bu əməliyyatları onlayn rejimdə aparmaq üçün proqram təminatı fondun internet resursunda yerləşdirilib. Mayın 31-nə olan vəziyyətə görə, elektron hesabatların təqdim olunması üçün DSMF-yə 6205 elektron müraciət daxil olub.

Fondun elektron xidmətləri habelə "elektron hökumət" portalında yerləşdirilib.Müslümovun sözlərinə görə, DSMF Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə saziş imzalayıb ki, bu da Fondun əməkdaşlarını “elektron imza”larla (ERİ) təmin etməyə imkan verir. Bu gün fondun əməkdaşlarının aldıqları “elektron imza”ların sayı  442 ədəddir.





29/06/12    Çap et