Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mərkəzi Neftçilər Xəstəxanasında keçiriləcək əməliyyatlar canlı yayımlanacaq
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Ürək-Damar Xəstəlikləri Mərkəzinin və “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə iyunun 29-30-da “VNUS Endovenoz RF Ablasiya” elmi-praktiki kursu keçiriləcəkdir.
Xəstəxanadan verilən məlumata görə, kursda varikoz xəstəliklərinin anatomiyası, diaqnostikası və müalicəsində əldə edilən son nailiyyətlər barədə məlumat veriləcəkdir. Bundan əlavə, MNX-nin əməliyyat otağında radiofrekans ablasiya üsulu ilə keçirilən əməliyyatlar canlı yayımla ölkəmizin bütün damar cərrahları qarşısında nümayiş etdiriləcəkdir.
Kursa rəhbərlik etmək üçün Türkiyənin bu sahədə aparıcı mütəxəssisləri İlhan Yurdakul və Mert Dumantepe dəvət olunmuşlar.
29/06/12 Çap et