Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sənədlərin internet vasitəsi ilə qəbuluna başlandı


“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına əsasən tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması məqsədi ilə ərizələrin və qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlərin qəbulu artıq internet vasitəsi ilə də həyata keçirilir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
 Məlumatda qeyd olunur  ki, ərizələrin və tələb olunan sənədlərin internet vasitəsi ilə elektron qəbulu üzrə konsultativ yardım Səhiyyə Nazirliyinin Ümumi şöbəsində hər həftənin çərşənbə günləri saat 10:00-13:00-dək göstərilir.






CAHANGİR





29/06/12    Çap et