Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“RIM” şirkətinin vəziyyəti acınacaqlıdır
Kanadanın “Research In Motion” (RIM) şirkəti 2013 maliyyə ilinin birinci rübü üzrə pessimist hesabat dərc edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “RIM” şirkəti 3 ay ərzində 518 milyon dollar həcmində ziyana məruz qalıb. Müqayisə üçün: şirkət 1 il əvvəl 695 milyon həcmində gəlir əldə etmişdi.
Rüblük gəlir 43 faiz azalaraq 2,8 milyard təşkil edib.Şirkət birinci rübdə təxminən 7,8 milyon “Blackberry” smartfonu və təxminən 260 min “BlackBerry Playbook” planşet kompyuteri tədarük edib. 1 il bundan əvvəl isə satışların həcmi müvafiq olaraq 13,2 milyon və 500 min təşkil etmişdi.
Smartfon bazarında sürətlə pay itirən “RIM” şirkəti, həmçinin 5 min əməkdaşının ixtisarı haqqında elan edib. Şirkət “BlackBerry 10” platformasında işləyəcək yeni nəsil smartfonların istehsalını yenidən təxirə salmaq məcburiyyətindədir.
Maliyyə göstəricilərinin dərc edilməsindən sonra “RIM” şirkətinin səhminin qiyməti 14 faiz azalıb. Bu, 9 illik minimumdur. Şirkətin bazar kapitallaşdırma dəyəri hazırda 4,12 milyard dollar təşkil edir; bu göstərici vaxtilə 84 milyard dollar təşkil edirdi.
EMİL
29/06/12 Çap et