Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android Market” mağazası yeni interfeysdə (Video)
“Google” şirkəti “Android Market” mağazasının mobil versiyasının interfeysini tamamilə yeniləyib. “Android 2.2” və yuxarı versiya əməliyyat sistemi ilə işləyən smartfon istifadəçiləri dizaynı yenilənmiş xidmətdən istifadə edə bilərlər. Onlayn-mağazanın yenilənmiş versiyasına keçid prosesi regiondan asılı olaraq bir neçə həftəyə qədər ləngiyə bilər.
Proqram və oyunlarla ənənəvi bölmələrdən başqa, mobil “Android Market”də film və kitablarla kateqoriyalar da olacaq. Hələ ki onlardan yalnız ABŞ ərazisində istifadə etmək olacaq. “Google” qeyd edib ki, istifadəçilərə minlərlə kinolent təklif edilib, hansı ki 1 film üçün icarə dəyəri 1,99 dollardan başlanır.
Yaradıcıların sözlərinə görə, “Android Market” daha informativ, aydın olub və daha sürətli işləyir.